Sumqayıtdakı “Reduco” Tədris Mərkəzində “Ümummilli lider Heydər əliyev irsi və gənclik” layihəsi çərçivəsində çap olunan “Heydər əliyev və Sumqayıt” albomunun təqdimatı keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gənc istedadlara Dəstək Fondu tərəfindən reallaşıb.
Gənc istedadlara Dəstək Fondunun təsisçisi, əməkdar bədən tərbiyəsi və idman xadimi, Sumqayıt şəhər bələdiyyəsinin sədr müavini Musa Həsənov tədbirdə çıxış edərək dahi lider Heydər əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu olduğunu, Ulu Öndərin ölkəmizi 1990-cı illərdə üzləşdiyi böhrandan çıxararaq onun inkişaf strategiyasını müəyyən etdiyini, bu strategiyanı uğurla icra etməyə başladığını qeyd edib. Bildirilib ki, Ulu Öndərin siyasi məktəbinin yetirməsi və davamçısı olan Prezident ilham əliyev tərəfindən bu gün də bu kurs şaxələndirilərək uğurla tətbiq edilir.
Sumqayıt şəhər Gənclər və idman Baş idarəsinin əməkdaşı Ceyhun Hüseynov Ulu Öndərin gənclərə göstərdiyi qayğıdan, layihə rəhbəri, “168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədov isə layihə çərçivəsində keçirilən tədbirlərdən danışıb, çap olunmuş albom barədə məlumat verib.
Qeyd edək ki, albomda ulu öndər Heydər əliyevin Sumqayıta etdiyi səfərlər fotolar və onların anatasiya xarakterli şərhi ilə təqdim edilir.